Gələn ildən ibtidai siniflərdə telefon qadağan edilir
11 iyul 2024 02:34 (UTC +04:00)

Gələn ildən ibtidai siniflərdə telefon qadağan edilir

İtaliyanın təhsil naziri Cüzeppe Valditara növbəti tədris ilindən başlayaraq ibtidai siniflərdə təhsil də daxil olmaqla, sinif otaqlarında smartfonların istənilən məqsədlə istifadəsini qadağan edib.

APA xəbər verir ki, Valditara bu qərarın müəllimlərə səlahiyyət verilməsi və məktəblərdə fərdi məsuliyyət prinsipinin yenidən qurulması üçün mühüm addım olduğunu deyib.

"Növbəti tədris ilindən başlayaraq təhsil də daxil olmaqla, hər hansı məqsəd üçün mobil telefondan istifadəni qadağan edən qərar imzaladım. Çünki ibtidai sinif səviyyəsində bir şagirdin mobil telefonlarla yaxşı təhsil ala bilməyəcəyinə inanıram. Bu, təbii ki, planşet və ya kompüter istifadəsinə aid deyil. Lakin bu cihazlar da müəllimlərin nəzarətində istifadə olunmalıdır.”, - deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

Oxşar yazılar