Cənubi Koreyada hərbi vəziyyətin  ləğvinə səs verildi
03 dekabr 2024 20:34 (UTC +04:00)

Cənubi Koreyada hərbi vəziyyətin ləğvinə səs verildi

Cənubi Koreya parlamentinin üzvləri dekabrın 3-də ölkə prezidenti Yun Sok-Yöl tərəfindən tətbiq edilən hərbi vəziyyətin ləğvinə səs veriblər.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

300 deputatdan 190-ı Seulda daha öncə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan parlament binasına daxil ola bilib və səsvermə keçirib.

Prezidentin tətbiq etdiyi hərbi vəziyyət çərçivəsində ölkədə istənilən siyasi fəaliyyət, o cümlədən partiyaların işi, mitinqlərin keçirilməsi qadağan edilib, bütün KİV hərbçilərin nəzarətindədir.

Səsvermədən sonra Cənubi Koreya parlamentinin sədri Vu Von Sik ölkə prezidentini hərbi vəziyyəti ləğv etməyə çağırıb.

Məhdudiyyətlərin götürülüb-göndərilməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk-yeol 1980-ci ildən bəri ilk dəfə olaraq ölkədə hərbi vəziyyət tətbiq etdi ki, bu da onun sözlərinə görə, “iyrənc Şimali Koreyaya meyilli anti-dövlət qüvvələrinin kökünü kəsmək” məqsədi daşıyır.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Sok Yol "anti-dövlət qüvvələrinin kökünü kəsmək" məqsədilə ölkədə hərbi vəziyyət tətbiq etdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1775

Oxşar yazılar