Rusiyanın hüquq-mühafizə orqanlarına böyük şəhərlərdə aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng daxil olub.
Lent.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına Krasnodar, Sankt-Peterburq və Moskva aeroportlarının minalandığı bildirilib.
Hazırda Rusiya hüquq-mühafizə orqanları daxil olan informasiyanı araşdırır. Aeroportlara hüquq-mühafizə orqanlarının, təcili yardım xidmətinin əməkdaşları, kinoloqlar göndərilib.