Koronavirusdan qorunmaq üçün saxta spirt içib öldülər - Türkiyədə
18 mart 2020 12:55 (UTC +04:00)

Koronavirusdan qorunmaq üçün saxta spirt içib öldülər - Türkiyədə

Türkiyənin İstanbul şəhərinin Zeytunburun rayonunda saxta spirt içən şəxslər ölüblər.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, koronavirus (COVİD-19) infeksiyasından qorunmaq istəyən şəxslər saxta spirt içiblər. Onlardan 3-ü dünyasını dəyişib, biri isə reanimasiyada müalicə olunur, onun həyati təhlükəsinin olduğu bildirilir. Araşdırma zamanı həmin şəxslərə saxta spirti verən iki Türkmənistan vətəndaşı tutulub. 

Qeyd edək ki, ötən gün Türkiyədə 48 yaşlı Türkmənistan vətəndaşı da eyni səbəbdən dünyasını dəyişib. İranda isə koronavirusdan qorunmaq məqsədilə saxta spirt içərək dünyasını dəyişənlərin sayı 159-a çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1142
avatar

Oxşar yazılar