Fransanın şimal-şərqində yerləşən Mozell əyalətində bir kişi tərəfindən jandarmaya soyuq silahla hücum edilib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə əyalət prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 15.30-da baş verən hadisə zamanı jandarma ona bıçaqla hücum edən şəxsə qarşı əvvəlcə gözyaşardıcı qazdan istifadə edib. Sonra isə silahdan iki dəfə atəş açmaq məcburiyyətində qalıb. Hücum edən şəxs qarın nahiyəsindən xəsarət alıb və yerli xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.