160-a yaxın erməni əsgəri İranda qalıb - Valideynlər təkid, səfirlik isə təkzib edir
22 may 2021 15:15 (UTC +04:00)

160-a yaxın erməni əsgəri İranda qalıb - Valideynlər təkid, səfirlik isə təkzib edir

Ermənistanın “Hraparak" qəzeti, təxminən 160-a yaxın erməni əsgərinin İran ərazisində qalması barədə məlumat yayıb.

Lent.az xəbər verir ki, qəzet bu barədə etibarlı mənbələrə istinad edib.

Məlumatda bildirilib ki, II Qarabağ Müharibəsi vaxtı 160-a yaxın erməni hərbçisi canlarını xilas etmək üçün məcburi olaraq İran ərazisinə keçiblər. İşin maraqlı tərəfi odur ki, 6 aydan çox vaxt keçməsinə baxmayaraq, erməni əsgərlər hələ də qonşu ölkədədir və onlar Ermənistana təhvil verilməyib. İranın nə üçün əsgərləri ölkəyə qaytarmaması səbəbi isə məlum deyil.

Yazıda qeyd olunub ki, İran hərbçilərinin bir neçə gün əvvəl Ermənistana səfəri zamanı erməni əsgərləri ilə bağlı situasiya da müzakirə mövzusu olub. Hətta ehtimal olunur ki, erməni hərbçilərini geri təhvil verməyin müqabilində iranlılar Ermənistan dövlətinə hansısa şərtlər irəli sürüb. 

Qəzet məsələ barədə Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərib ki, açıqlama alsın, lakin nazirlik sözügedən məsələyə şərh verməyi məqsədəuyğun hesab etməyib. 

Qeyd edək ki, çoxsaylı erməni hərbçilərinin İrana keçmələri barədə məlumatlar hələ 44 günlük müharibənin gedişində və ondan sonrakı vaxtlarda da fərqli kanallarda yayılırdı.

Əlavə edək ki, itkin düşdüyü ehtimal olunan bir çox əsgərlərin valideynləri İranın Ermənistandakı səfirliyinə bununla bağlı müraciət ediblər. Səfirlik isə cavabında erməni hərbçilərinin İran ərazisində mövcudluğu barədə hər hansı bir informasiyaya malik olmadıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Sebuhi Memmedli

Oxşar yazılar