102 yaşlı qadın doğum gününü yarıçılpaq striptizçi  ilə keçirdi
20 dekabr 2023 19:59 (UTC +04:00)

102 yaşlı qadın doğum gününü yarıçılpaq striptizçi ilə keçirdi

Britaniyalı qadın 102 yaşını yarıçılpaq striptizçi ilə birlikdə qeyd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Durham qraflığından olan 102 yaşlı Monika Ruddik qocalar evində yaşayır. O, bir il əvvəl buraya köçüb və bundan əvvəl yaşlı qardaşına qulluq edib. Doğum günündə onun yalnız iki arzusu olub: kilsəni ziyarət etmək və kişi striptizinə baxmaq. Qocalar evinin əməkdaşları ad günü üçün məclis təşkil edib və onun planlarını həyata keçirməsinə kömək ediblər. 

Qocalar evində işləyənlərdən birinin əri qadın üçün striptiz rəqsi edib. Ruddik bu sürprizdən çox sevinib.

Uzun ömürlü qadın heç vaxt evlənməyib və uşaq dünyaya gətirməyib, ancaq başqalarına qayğı göstərməyə həsr etdiyi maraqlı bir həyat yaşayıb. O, uşaq evində oğlanlara baxıb, vərəm mərkəzində xəstələrə kömək edib, İkinci Dünya Müharibəsi zamanı yeməkxanada günlərlə işləyib və 25 il monastırda rahibələrə kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3915
avatar

Oxşar yazılar