Keniyada 20 yaşlı Masten Vanjal yerli sakinlər tərəfindən döyülərək öldürülüb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə ölkənin Bunqoma şəhərində baş verib.
Vanjal uşaqları öldürüb daha sonra onların qanını içməkdə günahkar bilinib.
Məlumata görə, manyak özünü uşaqlara futbol məşqçisi kimi təqdim edərək onları aldadırmış. Daha sonra uşaqlara narkotik verən Vanjal onları öldürüb qanını içirmiş.
Oktyabrın əvvəlində polis onun izinə düşərək həbs etmişdi. İlkin istintaq zamanı məlum olmuşdu ki, onun qurbanlarının sayı düz on nəfərdi. Amma o, paytaxt Nayrobidəki həbsxanadan qaçaraq Bunqomada gizlənibmiş. Manyak çox gizlənə bilməyib. Yerli sakinlər onu küçədə görəndə tanıyıblar və döyüb öldürüblər.