Bruneydə hərbi vertolyot qəzası: 10 ölü
Bruney sultanlığında hərbi vertolyotun qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, Ulu-Belait kənd rayonundan Bruneyin paytaxtı Bəndər-Seri-Beqavana uçan Bell-212 vertolyotu naməlum səbəblər üzündən qəzaya uğrayıb.
Vertolyotda olanların çoxu səhra təlimlərindən sonra evlərinə qayıdan kursantlar olub. Sərnişinlərdən 10 nəfəri hadisə yerində həlak olub, ikisi yaralanıb, daha iki nəfərin taleyi isə məlum deyil.
Bruney sultanı Hassanal Bolkiax yaralanmış kursantlardan ikisinə xəstəxanada baş çəkib.
Qeyd edək ki, yerli KİV-lər Bruneydə müsəlmanlar müqəddəs Ramazan ayının başlanmasına cəmi bir gün qalmış baş verən bu hadisəni “milli faciə” adlandırıb.

Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09