Təbii üsulla qalın qaşlara necə sahib olunur? - 6 QIZIL QAYDA
29 yanvar 2021 09:15 (UTC +04:00)

Təbii üsulla qalın qaşlara necə sahib olunur? - 6 QIZIL QAYDA

Son zamanlar qalın qaşlar dəbdədir. Estetik müdaxilə ilə yanaşı, həm də təbii üsullar qaşları qalınlaşdırmaq mümkündür.

Lent.az ev şəraitində təbii üsullarla qaşları qalınlaşmasını təqdim edir:

Ekzotik yağ qarışımı

Hind, avakado və kakos yağlarını qarışdırıb həm qaşları, həm də kiprikləri qalınlaşdırmaq mümkündür.

Vitamin tərkibli gel

1 çay qaşığı aloe geli, 2 çay qaşığı kakos yağı və 2 kapsul E vitamini ilə qaşları hamar, parlaq və güclü etmək olar.

Limon suyu

Qaş və saçların uzanması üçün limon suyu vacib vitamin və antioksidan mənbəyidir. Həmçinin, limon suyu qaşlara nəzərə çarpacaq dərəcədə parlaqlıq qazandırır.

Süd maskası

Tam yağlı süddə isladılmış pambığı qaşlara sürtməklə, tükü qırılmalardan qorumaq mümkündür. Südün qurumasını gözlədikdən sonra ilıq su ilə yuya bilərsiniz.

 

Yumurta sarısı

Yumurta sarısı qaş tüklərini gücləndirir və qalınlaşmasına səbəb olur. 20 dəqiqə gözlədikdən sonra qaşlarınızı yuya bilərsiniz.

Soğan suyu

Kiçik soğanın suyunu qaşlara sürtüb, 5 dəqiqə masaj edin. Daha sonra  soyuq su ilə yumağınız məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4068
avatar

Nigar Adil

Oxşar yazılar