Formasına və rənginə görə saçların xüsusi yuyulma  QAYDALARI
11 yanvar 2021 17:31 (UTC +04:00)

Formasına və rənginə görə saçların xüsusi yuyulma QAYDALARI

Saç kişi və ya qadından asılı olmayaraq, hər kəs üçün çox vacib faktordır. Onların sağlam, parlaq və təmiz olması çox vaxt insanın özündən asılıdır. Təmiz və səliqəli saçlar haqqımızda müsbət fikir formalaşdırır. Formasına və rənginə görə saçların xüsusi yuyulma qaydaları var.

Lent.az bu qaydaları təqdim edir:

Düz saça sahib olan insanlar səliqəli və təmiz görünmək üçün həftədə 3-4 dəfə saçlarını yumalıdılar.

Buruq saç sahibləri həfətədə iki dəfə saçlarını yuya bilərlər. Bu zaman buruqların açılmaması üçün saçı qurutmayan şampun və ya kremdən istifadə edə bilərlər.

Nazik saça malik olanlar saçlarını hər gün yumaqdan şikayət edirlər. Zamanla saçınızın yuyulma vaxtını uzada bilərsiniz. İlk olaraq günlük qısa fasilələrlə başlamaq olar.

Çoxlu boya və fendən istifadə zamanı yanmış saçları əvvəlki vəziyyətinə qaytarmaq üçün tez-tez yumaq məsləhət deyil. Belə saçlar üçün xüsusi yağlı krem və serumlardan istifadə etmək, boya seçərkən tərkibinə və istifadə qaydasına diqqət etmək yetərlidir.

Tünd rəngli saçların üstünlükləri çox olsa da, bu cür saçlar həfətədə 3 dəfə yuyulmalıdı.

Açıq rəngli saçlar həftədə 4 dəfə yuyulmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4038
avatar

Nigar Adil

Oxşar yazılar