Bu qidalar üzünüzü QÜSURZUZ edəcək
01 mart 2021 19:31 (UTC +04:00)

Bu qidalar üzünüzü QÜSURZUZ edəcək

Qəbul edilən qidalar üz dərisinə təsir göstərir. Ona görə də gündəlik qidalanmada meyvə-tərəvəzə üstünlük verilməsi məsləhət görülür.

Lent.az üz dərinin hər zaman gənc görünməsinə səbəb olan qidaları təqdim edir:

C vitamini ilə zəngin olan qırmızı bibər üzdə qan dövriyyəsini təmin edir. Bu vitamin qocalmağa qarşı mübarizə aparır və qırışların azalmasına səbəb olur.

Sink çatışmazlığından yaranan sızanaq probleminin həlli üçün gündəlik qidada qozun olması vacibdir. Hüceyrələrin yenilənməsi və sızanaqlardan qorunmaq üçün qoz çox önəmlidir.

A vitamini çatmayanda üz dərisi qabıqlaşır. A vitamini ilə zəngin ispanaq hamar, qüsusrsuz dəriyə sahib olmağa yardım edir.

K vitamin deposu olan kərəviz qan dövriyyəsini yaxşılaşdırır, üzü qüsursuz edir.

Kalsiumla zəngin olan yumurta üzü nəmləndirir, yeni hüceyrələrin yaranmasına dəstək olur.  D vitamini ilə zəngin olan yumurta sarısını gündə bir dəfə qəbul etmək sağlamlıq üçün vacibdir.

Üzdə qara və ağ nöqtələrin olması Omega3 çatışmazlığından xəbər verir. Somon balığı bu problemi aradan qaldıracaq qidadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3957
avatar

Nigar Adil

Oxşar yazılar