Ağarmış saçlara son  – Təbii üsullarla necə qaytarmaq olar?
14 noyabr 2023 16:27 (UTC +04:00)

Ağarmış saçlara son – Təbii üsullarla necə qaytarmaq olar?

Son vaxtlar çox erkən yaşlarda saç ağarmasına məruz qalırıq. Elə insanlar var ki, hətta 20 yaşlarında da saçları ağarır. Erkən yaşda saçların ağarmasını yalnız genlərə bağlamaq düzgün deyil. Çünki bunun bir çox səbəbləri var. Bunlardan birincisi balanssız qidalanmadır. Bol meyvə və tərəvəz yemək lazımdır.

Həmçinin, stress də saçların erkən yaşlarda ağarmasına səbəb ola bilər. Bunun üçün çalışıb stressdən uzaq durmaq lazımdır. 

Onu da qeyd edək ki, ağ saçları təbii rənginə çevirmək üçün təbii və təsirli yollar var. 

Lent.az xarici mediaya istinadən bir neçə üsulu təqdim edir:

Qara çay

Qara çay, ağ saçları tündləşdirmək üçün ən təsirli yollardan biridir. Çay saçlarınızı gücləndirir və parçalanmış ucları düzəldir. Saçlarınızı qidalandırır və solğun rəngi yox edir. Tərkibindəki kofein saç tökülməsinə səbəb olan DHT hormonunun ifrazının qarşısını alır. 2 xörək qaşığı qara çayı qaynadıb limon suyu ilə qarışdırın. Yarım saat gözlədikdən sonra saçınıza çəkin.

Masaj edərək saçınıza çəkin və 40 dəqiqə gözlədikdən sonra şampunla yuyun. Bu prosesi ən azı 2 ay müntəzəm olaraq etməyiniz tövsiyə olunur. 

Avokado

Avokado minerallar, yağ turşuları və E vitamini ilə zəngindir. Erkən yaşda saç ağarmasının qarşısını almaq üçün avokado yaxşı alternativdir. Avokado saçınızın ehtiyac duyduğu nəmi də təmin edir. Cansız və quru saçları parlaq eləcə də sağlam göstərir. Avokado baş dərisində qan dövranını sürətləndirəcək. Saçlarınız köhnə rəngini qaytaracaq və həmişə rəngini qoruyacaq.

Avokadonu əzin, saçınıza və saçlarınızın dibinə maska kimi çəkin. Bunu həftədə bir neçə dəfə etmək kifayətdir. Avokado yağı istifadə edəcəksinizsə, onu birbaşa saça çəkə bilərsiniz. 

Sarıkök 

Sarıkökdə olan komponentlər saçın təbii rəngini uzun zaman saxlamağa yardım edir. Belə ki, iki stəkan su, bir xörək qaşığı çobanyastığı və dörd xörək qaşığı sarıkökü qarışdırın. Sonra alınan məhlulu dəmləyin. O tam süzüldükdən sonra saçlarınızı həmin məhlulla yaxalayın. Ayda iki dəfə bunu etməklə istədiyiniz nəticəni əldə edə bilərsiniz. 

Qəhvə 

Qəhvə ağarmış saçlarınız üçün əla həll yolu ola bilər. Əvvəlcə qəhvə hazırlayın. Daha sonra onu soyumağa qoyun. Qəhvəni saçınıza çəkin, 1 saat saxlayın və sonra yuyun. Qəhvə saçınızı tündləşdirəcək. Hətta əvvəlki təbii rənginə də qayıtmağa kömək olacaq. 

# 12036
avatar

Oxşar yazılar