Toyda gəlinlə bəyə verilən hədiyyələrin qiyməti DODAQ UÇUQLATDI
01 sentyabr 2022 15:52 (UTC +04:00)

Toyda gəlinlə bəyə verilən hədiyyələrin qiyməti DODAQ UÇUQLATDI

Türkiyənin Van şəhərində varlı nəsillərin birinə məxsus toy məclisi müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, Ertoşi nəslinin nümayəndəsi, zəngin iş adamı Talat Ertuşun oğlu Çetin Ertuş ilə iş adamı Muğdat Canerin qızı Kader Canerin təmtəraqlı toyu baş tutub.

Toyda gəlinlə bəyə çox bahalı qızıllar və hələ açılmayan 2 min ədəd zərf hədiyyə verilib.

Təxminən, 500 baş xırdabuynuzlu heyvan kəsilən toyda bəyə 4 milyon 250 min türk lirəsi və iki min ədəd zərf verilib. Gəlinə isə beş kilodan artıq qızıl və zinət əşyaları taxılıb. Yeddi min insanın qatıldığı toyun qonaqları sırasında tanınmış nəsillərin başçıları, iş adamları və bir sıra oliqarx da yer alıb.

Qeyd edək ki, təntənəli məclis gecənin yarısına qədər davam edib. 


 

# 3807
avatar

Nigar Namiq

Oxşar yazılar