“Evlilik sevgini öldürür?” - Psixoloqdan  MARAQLI CAVAB
24 mart 2021 17:01 (UTC +04:00)

“Evlilik sevgini öldürür?” - Psixoloqdan MARAQLI CAVAB

Həyəcan dolu görüşlər, qanad açan ürəklər, bir-birinə deyilən xoş sözlər... Evlilik, bal ayı, bəs sonra?

Psixoloq Fuad Əsədov Lent.az-a açıqlamasında ən çox düşündürən sualı - “Sevginin ömrü varmı?” cavablandırıb.

“Çox vaxt gənclərin ən əsas problemlərindən biri sevgi ilə bağlı olur. Mənim bir psixoloq kimi ən çox eşitdiyim cümlə budur. “Əvvəl tanış olanda və ya sevgililik dönəmində çox yaxşı idi. Evlənəndən sonra aramızda sanki o elektrik yoxdur”.

Birincisi, sevginin verdiyi o elektrik hissi ilkin zamanlarda olur. Sonradan münasibət başqa bir müstəviyə daşınır. Buna dostluq, doğmalıq və s. deyə bilərik. Bu hislər daha üstün olsa da, sevgi qədər cəzbedici və xoş deyil.

Çünki sevgi məntiqsiz bir şeydir. Metafora etmirəm, həqiqətən də insan sevən zaman beynin məntiqi işlərdən məsuliyyət daşıyan hissəsinin aktivliyi azalır. Sevən zaman insana hər şey gözəl görünür. Amma həyatdakı heç bir şey bu qədər gözəl ola bilməz. Bir müddət sonra insan həqiqətlə üzləşir və bunun xəyal etdiyindən çox fərqli olduğunu görür. Bu daha çox evləndikdən sonra olur. Ona görə də sevgi bir məntiq xəstəliyidirsə, evlilik də onun müalicəsidi. Mehmet Sungur demiş, sevgi, xəyal edilənlə həqiqəti anlamaq arasında keçən müddətdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4569
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar