Ağır çəkidə hazırkı vahid dünya çempionu Aleksandr Usikin həyat yoldaşı Yekaterina ərinin ilk hədiyyəsinin nə olduğunu açıq şəkildə etiraf edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, Yekaterina 15 yaşında olanda baş verib və öz etirafına görə, onların "yalnız dostluğu olub və hər şey bu qədər".
"Mən o vaxt hələ uşaq idim, 15 yaşım var idi. O vaxt heç nə haqqında düşünmürdüm. Biz dost idik, sadəcə dostluğumuz var idi və bu qədər. O, mənə 5 qrivenə bir qızılgül verdi. Bu, onun son pulu idi", - Yekaterina xatırlayır.
Məlum olduğu kimi, Aleksandr və Yekaterina hazırda dörd uşaq böyüdürlər: Yelizaveta, Kirill, Mixail və Mariya.