8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
21 aprel 2022 20:15 (UTC +04:00)

8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ

Cinayət DOSYESİ – 010

Əvvəlki yazı

İtkin düşən 8 yaşlı qızı 7 gün döşəyinin içində saxlayıbmış. Məqsədi onun səsini kəsmək olub. Onun həmyaşıdı başqa bir oğlan isə riyaziyyat dərsinə girəndə sinif yoldaşı qızı öldürür. Səbəbini isə...

Hər iki cinayətkarın hadisəni törədən zaman 14 yaşı olub... Bu cinayətləri ürək ağrısız oxumaq mümkün deyil. Ömürlərinin ən gözəl vaxtlarında bu qədər pisliyə necə sahib ola bilirlər?

Lent.az-ın “Cinayət Dosyesi” layihəsində sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim etməkdə davam edirik.

2 fevral 1996-cı ildə Vaşinqtonun Sərhəd İctimai Liseyində baş verən insident filmlərə mövzu ola biləcək bir hadisə idi. 14 yaşlı oğlan özünü lap peşəkar killer kimi apardı. Məktəbdə atəş səsi eşidildi, insanlar girov götürüldü.

Barri Lukatis

Barri Lukatis həmin gün məktəbə kovboy kostyumunda gedir. Bu artıq ətrafa bir mesaj idi. Həmin zaman onun sinif yoldaşları riyaziyyat dərsindəydilər. Yoldaşlarının əksəriyyəti onları gözləyən faciədən xəbərsiz Barrinin kostyumuna gülürdü. Lakin onun qəribə davranışı da gözdən qaçmırdı. Şagirdlər Barrinin kostyumda nə gizlətdiyini bilmirdilər. Heç kimə məlum deyildi ki, sinif yoldaşları paltarında iki tapança, bir tüfəng və 78 patron gəzdirir.

Barri Lukatis

Gözünü qan örtən oğlan cinayət törətməkdə israrlı idi. O atəş açmağa başlayır. Və onun ilk qurbanı 14 yaşlı Manuel Vela olur. Bir neçə saniyədən sonra isə qurbanların sayı artmağa başladı. Müəllimi və başqa bir sinif yoldaşı da Barrinin cinayəti nəticəsində ölür.

14 yaşında təhlükəli caniyə çevrilən bu oğlan öz sinif yoldaşlarına belə üzülmür. Məktəbdə şagirdlər girov saxlanılır. Özü də cəsədlərin yanında. Həmin an o uşaqların hansı dəhşətləri yaşadıqlarını təsəvvür etmək belə qorxuludur.

Barri Lukatis

Bu hadisədə qurbanların sayı durmadan arta bilərdi. Əgər məktəbin bədən tərbiyəsi müəllimi fərasətli davranmasaydı...

O uşağı tərksilah etməyə müvəffəq olur. Onun qorxu saçan qışqırıq səsi uzun müddət hadisə şahidlərinin qulağından getmədi: "Bu cəbr haqqında danışmaqdan daha maraqlıdır, elə deyilmi?".  Bu, Stiven Kinqin “Qəzəb” romanından bir sitatdır, burada baş qəhrəman iki müəllimi öldürür və sinfi girov götürür.

Barri Lukatis

Barri hazırda iki ömürlük həbs cəzasını çəkir, ona 205 il azadlıqdan məhrum etmə cəzası verilib.

***

3 noyabr 1998-ci ildə Coşua Fillipsin 14 yaşı var idi. Həmin gün onun qonşusu, 8 yaşlı qız itkin düşür. Heç kim ondan şübhələnmir.

Coşua Fillips

Oğlanın anası bir səhər onun otağını təmizləyir. Coşuanın su yatağı vardı. Ana görür ki, oğlunun yatağının altında nəm bir ləkə var. O bu sızıntının haradan gəldiyini tapmaq istəyir. Birdən görür ki, su döşəyi altdan yapışqan lentlə bağlanıb.

Ana lenti açanda gördükləri onu dəhşətə salır. Döşəyin içərisindən yeddi gündür bütün şəhər tərəfindən axtarılan Maddie Clifton adlı itkin düşmüş 8 yaşlı qonşunun cəsədi çıxır.

Coşua Fillips və Maddie Clifton

Üzərindən illər keçsə də Coşua qətlin motivini açıqlamayıb. Amma hadisəni necə törətdiyini nəql edib, özü də çox soyuqqanlılıqla.

Bildirib ki, təsadüfən beysbol sopası ilə qızın başına vurub. Bu zaman 8 yaşlı qız qışqırmağa başlayıb. Bu qışqırtıdan panikaya düşən yeniyetmə oğlan onu zorla otağına sürükləyir. Və qızı səsini kəsənə qədər vəhşicəsinə döyməyə başlayır.

Coşua Fillips

Məhkəmədə münsiflər heyəti onun hekayəsinə inanmadı. Onun bunları sakitcə, halını belə pozmadan anlatması isə onları əməllicə heyrətə salmışdı. O birinci dərəcədən qətldə ittiham olundu. Coşuanın yaşı 16-dan az olduğu üçün ölüm cəzasından qurtula bilir. Amma ona heç vaxt şərti azad edilmə imkanı olmadan ömürlük həbs cəzası verilib.

Coşua Fillips illər sonra

İllər sonra o həbsxanada yenə də qətl törədir və növbəti dəfə ömürlük cəza alır.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16680
avatar

Cavidan HUN

Oxşar yazılar