AXCP Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edib

APA-nın xəbərinə görə, “Təbriz” kinoteatrında keçirilən tədbirdə AXCP sədri Əli Kərimlinin təklifi ilə qurultayın gündəliyinə Müsavat Partiyası ilə birləşmə məsələsi də salınıb. Birləşməyə dair qərar layihəsini qurultayın sədarət üzvü Gözəl Bayramlı oxuyub. Layihə səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub. Qərara əsasən, AXCP-nin Müsavat Partiyası ilə birləşmə qurultayında iştirak səlahiyyəti partiyanın V (VIII) qurultayının nümayəndələrinə verilib.