Bakıda ağac kəsilməsi xəbəri ilə bağlı AÇIQLAMA
03 dekabr 2020 15:05 (UTC +04:00)

Bakıda ağac kəsilməsi xəbəri ilə bağlı AÇIQLAMA

Xətai rayonu, Gəncə prospekti 30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları yerində araşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin ünvana keçirilən baxış zamanı ərazidə 17 ədəd müxtəlif cinsli ağacın olduğu və ağac kəsintisi faktının olmadığı müəyyən edilib: “Aparılan araşdırma zamanı Xətai rayonu, Gəncə prospekti 30 ünvanında qeyri-yaşayış binasının tikintisi məqsədilə 0,32 hektar torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Qaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi məlum olub”.

Ərazidəki ağacların qorunub mühafizə olunması üçün MMC-yə göstəriş verilib.

# 1420
avatar

Aygün İbrahimli

Oxşar yazılar