Nazirdən birinci kurs tələbələrinə qeydiyyatla bağlı MÜRACİƏT
30 oktyabr 2020 12:03 (UTC +04:00)

Nazirdən birinci kurs tələbələrinə qeydiyyatla bağlı MÜRACİƏT

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün ötən il sosial həssas qrupdan olan 15 min tələbə müəyyənləşib”.  

APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə Azərbaycan ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu il də yuxarı kurs tələbələrinin müraciətinə təkrar baxılıb və  qiymətləndirilib.

“Yeganə xahişimiz birinci kurs tələbələrinin qeydiyyatdan keçmələri ilə bağlıdır ki, bununla da onların sosial qrupa aid olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq”, - nazir əlavə edib.

# 934
avatar

Oxşar yazılar