Prezidentin köməkçisi AMEA-da aparılan işlərlə tanış oldu
17 sentyabr 2020 21:38 (UTC +04:00)

Prezidentin köməkçisi AMEA-da aparılan işlərlə tanış oldu

 

Bu gün Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov AMEA Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub.

Lent.az-ın AMEA-nın saytına istinadən verdiyi məlumata görə, AMEA prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada görülən işlər bərədə ətraflı məlumat verib.

Akademik Ramiz Mehdiyev bu gün akademiyada aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirib.

# 3577
avatar

Oxşar yazılar