Şagirdlərin dərsliklərlə təminatı bu tarixdə başa çatacaq
01 sentyabr 2020 15:41 (UTC +04:00)

Şagirdlərin dərsliklərlə təminatı bu tarixdə başa çatacaq

2020-2021-ci tədris ili üzrə geri yığılan, eləcə də yeni çap edilən dərsliklərin məktəblərə və şagirdlərə çatdırılmasına başlanılıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, prosesin əsasən sentyabrın 4-dək həyata keçirilməsi, 15-dək isə tam yekunlaşması nəzərdə tutulur. 

Yerlərdə şagirdlərin dərslik təminatı prosesinin bütün təhlükəsizlik və sanitar-epidemioloji normalara, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə həyata keçirilməsinə, prosesdə iştirak edən hər iki tərəfin yüksək məsuliyyət nümayiş etdirməsinə dair müvafiq tapşırıqlar verilib.

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə kağız dərslik və metodik vəsait çap edilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3905

Oxşar yazılar