1345
12:38
20 Avqust 2020

Azərbaycanda 6 ayda 7 mindən çox ailə dağılıb - RƏSMİ

Azərbaycanda bu ilin birinci yarısında qeydiyyat şöbələrində 17841 nikaha daxilolma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Lent.az -a verilən məlumata görə, bu müddətdə 7107 boşanma qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, boşanmaların sayı isə 1,4 olub.