"Siz Prezident seçilərkən sevindik ki..." - Məcburi köçkündən Prezidentə məktub
17 iyun 2020 10:21 (UTC +04:00)

"Siz Prezident seçilərkən sevindik ki..." - Məcburi köçkündən Prezidentə məktub

Azərbaycan hökumətinin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində atdığı addımlar əhalinin müxtəlif təbəqələri tərəfindən yüksək dəyərlə qarşılandı. Xüsusən, ölkə vətəndaşının sağlamlığının prioritet seçilməsi görülən tədbirlər əsnasında özünü büruzə verdi. Bu zaman isə dövlət vətəndaşının sağlamlığını düşünərək onu qorumasından əlavə, sosial təminatın gücləndirilməsi üçün də əlindən gələni etdi.

Bütün bu atılan addımlara görə, ölkənin müxtəlif bölgələrindən dövlət başçısına təşəkkür məktubları ünvanlanır. Bugünkü məktublardan birini Bakının Qaradağ rayonunda yaşayan Laçın rayonundan olan məcburi köçkün Mehrəliyev Bəhruz İsa oğlu yazıb. Lent.az həmin məktubu oxuculara təqdim edir:

“Hörmətli cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyev biz məcburi köçkünlərə hər zaman qayğı ilə yanaşardı. Allah Ulu Öndərimizə rəhmət eləsin, həmişə bizim qəlbimizdə yaşayacaqdır. Siz Prezident seçilərkən sevindik ki, bizim gələcəyimiz daha da yaxşı olacaq və Azərbaycanımız gündən-günə çiçəklənəcək, gözəlləşəcəkdir. Sonrakı hadisələr bizim yanılmadığımızı göstərdi. Xalqımız bu gün güclü, qüdrətli Azərbaycanla fəxr edir.

Təbii ki, Sizin və Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyünüz işlər danılmazdır. Uğurlu addımlarınızla Sizə olan güvənimizi, inamımızı daha da gücləndirirsiniz. Digər ölkələrlə müqayisədə bizim ölkə sürətlə inkişaf edir və əmin-amanlıq hökm sürür.

Cənab Prezident, ailəmiz adından Sizə və ailənizə cansağlığı, uzun ömür diləyirəm. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Yaşasın Azərbaycan”.

# 2419
avatar

Mehman Nəbiyev

Oxşar yazılar