14:09
10 İyun 2020

Koronavirus İranda 81 nəfəri də öldürdü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 81 nəfər vəfat edib.

APA-nın xəbərinə görə bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla İranda koronavirusdan ölənlərin sayı 8506 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2011 yoluxma halı qeydə alınıb, COVID-19-a yoluxanların ümumi sayı 177 938 nəfər olub.

İndiyədək xəstəlikdən 140 590 nəfər sağalıb.

Dİgər xəbərlər