Zakir Qaralovun qardaşı DANIŞDI: "Məsuliyyətə cəlb edilməmişəm"
03 iyun 2020 12:21 (UTC +04:00)

Zakir Qaralovun qardaşı DANIŞDI: "Məsuliyyətə cəlb edilməmişəm"

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralov Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı barəsində yayılan məlumatlara münasibət bildirib.

T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, barəsində yayılan bu məlumatlar yalandır: “Mənim Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”.

Qeyd edək ki, bəzi KİV-də Z.Qaralovun qardaşı Tahir Qaralov barəsində Gürcüstanda cinayət işi başlanması barədə məlumatlar yayılıb.

# 3928
avatar

Oxşar yazılar