904
11:34
22 May 2020

Koronavirusa yoluxan "Beşiktaş"ın prezidentindən YENİ XƏBƏR

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi koronavirusa qalib gəlib.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri artıq tamam sağalıb.

Onun son testinin nəticəsi neqativ çıxıb. Bu günlərdə klubun futbolçu, məşqçi heyəti və baza işçiləri növbəti dəfə koronavirus testindən keçib və heç birində bu xəstəlik aşkarlanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl “Beşiktaş”da 8 nəfər koronavirusa yoluxub, lakin sonradan sağalıb.