308
01:20
22 Aprel 2020

Dünyada koronavirusa yoluxanların sayı 2.4 milyona yaxınlaşır

Dünyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 83 006 nəfər olub ki, bu da əvvəlki gündən 10 min nəfər çoxdur. Son 24 saat ərzində ölənlərin sayı isə 5109 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində bildirilib.

Məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 2 397 216 nəfərə çatıb, 162 956 nəfər dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm sayı yenə də Avropada qeydə alınıb - 1187184 yoluxma, 106342 ölüm. Bu coğrafiyada gün ərzində virusa 38143 nəfər yoluxub, 2756 nəfər isə ölüb.

Amerika materikində cəmi 893119 nəfər koronavirusa yoluxub, 42686 nəfər ölüb. Burada sutka ərzində 34 869 yoluxma, 2071 ölüm hadisəsi qeydə alınıb.

Üçüncü yerdə isə Qərbi Sakit Okean bölgəsi qərarlaşıb - 134506 yoluxma, 5855 ölüm.