Bu komanda ölkə çempionu elan edildi
03 aprel 2020 16:39 (UTC +04:00)

Bu komanda ölkə çempionu elan edildi

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin videokonfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda kororavirus pandemiyası üzündən dayandırılan kişi basketbolçular arasında Azərbaycan çempionatının taleyi müzakirə olunub.

Fevralın 29-da keçirilən XX turundan sonra dayandırılan Superliqanın davam etdirilməməsi qərara alınıb. Fasiləyə qədər 38 xalla birinci pillədə olan "Zirvə Astara" ölkə çempionu elan edilib. 34 xala malik "Atom" 2-ci, aktivindəki 32 xalla "Gəncə" 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.

# 671
avatar

Oxşar yazılar