1614
19:58
21 Fevral 2020

Çəyitkələr Səudiyyə Ərəbistanına hücum etdi

Səudiyyə Ərəbistanı çoxsaylı çəyirtkələrin hücumuna məruz qalıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəyirtkələrin ölkəyə Şərqi Afrikadan gəldiyi açıqlanıb.

Səudiyyə Ərəbistanı Ətraf Mühit və Su Nazirliyinin rəsmiləri tərəfindən qonşu ölkələrdən - Efiopiya, Somali, Yəmən, Oman və Hindistandan gələn çəyirtkələrlə bağlı xəbərdarlıq olunub.

Çəyirtkələrin zərərsiz olduğu bildirilsə də, qırmızı rəngdə olanları diqqətdə saxlamaq tapşırılıb.

Nazirlik ölkəni çəyirtkələrdən təmizləmək üçün dərmanlama işləri aparılacağını da açıqlayıb.