Səs və emosiyalar
22 yanvar 2020 10:11 (UTC +04:00)

Səs və emosiyalar

Bizim şəxsi dərk etdiyimiz bağlılıq və ya azadlıq yaradan bütün təəssüratlar - emosiyaların (qorxu və ya arzu, sevgi və ya nifrət) yaranma səbəbidir. Sensor hissiyyat (eşitmə) olaraq dərk edilən səs, ən güclü emosiyaları doğurur. Öz növbəsində bütün emosiyalar bu və ya digər səsə səbəb olur. Bir qayda olaraq emosiya nə qədər güclüdürsə, səs də o qədər güclü olur. Biz sevincdən nəğmə oxuyuruq, hirsdən  qışqırırıq, kədərdən ağlayırıq, ağrıdan inildəyirik. Zorakılıqla öldürülən insan zamansız həyat gücünü itirmənin xəbərçisi olan güclü haykırış sərgiləyir. Səs emosiyanın güclənməsini və ya sakitləşməsinə səbəb olur.

Nitqin yaratdığı səsdə emosional güc var. Bizim sözlərimiz müxtəlif emosional gücə malikdir. O bizim hislərimizi ifadə edir və ətraf mühitə bizim psixoloji halımız barədə məlumat verir. Sözlərin emosional mənası onları əsl anlamı ilə üst-üstə düşməyə bilər. Yəni sevgi etirafında gərginlik, sevincli sözlərdə-kədər və özünü qurban hesab etmə hisləri gizlənə bilər.

Neqativ emosiyalar-yaşam enerjisinin bəzi qisminin egosentrik şüurun torunda dolaşıb qalmasından başqa bir şey deyil. Biz emosiyalarımızla bağlı olan enerjini sərbəst buraxmağı öyrənməliyik. Mənfi emosiyalar şüurun enerjisini düzgün istifadə etməkdən yaranır. Biz diqqətimizi xarici aləmin adlarına və formasına fokusladığımızdan tam olan bütünlüyü diqqətdən qaçırırıq. Neqativ emosiyalardan azad olmaq üçün onların yaranmasını anlamamız lazımdır. Diqqətin və dərk etmənin enerjisinin kontrolunu elimizdə saxlayaraq bunu yaradıcılığa istiqamətləndirə bilərik.

Mantra (sanskritcə man-ağıl; tra-azad etmək, təmizləmək) xüsusi səs enerjisinin daşıyıcısıdır ki, xüsusi emosional güc (dərin emosiyaların gücü) formalaşdırır. Bu enerji vasitəsilə biz öz emosiyalarımızı anlaya bilərik. Mantra vasitəsilə öz emosiyalarımızı məşq etdirə, inkişaf etdirə bilərik. Emosiyalarla oynamağı öyrənə bilərik; onları nəzarətdə saxlaya bilərik; dahi aktyor kimi şüurlu və yaradıcı  olaraq sevinc və kədəri, hiddət və qorxunu yaşaya bilərik. Emosiyalarımızı canlandıraraq gücləndirə bilərik, tədricən onları bir-biri ilə əlaqələndirə birik. O zamana kimi ki, zehin özünün ilkin, başlanğıc vəziyyətinə - saf idraka geri dönə bilsin.

 

Arzu Yusifova-Hepatoloq-qastroenteroloq

# 2570
avatar

Oxşar yazılar