09:10
27 Dekabr 2019

“Toyda mahnı oxuya-oxuya futbola baxırdım” - VİDEO

Əməkdar artist Baloğlan Əşrəfov ARB TV-də yayımlanan “Ona qalsa” proqramındakı açıqlaması ilə hər kəsi güldürüb.

O, futbol azarkeşliyindən söz açıb:

“Bir il öncədən toylar danışırdım.“Neftçi”nin oyun təqviminə görə toylardan imtina etmişəm. Dəftərə Bakıda toy olduğunu yazırdım, 2-3 gün qalmış deyirdim ki, ləğv olundu. Musiqiçilərim də həmişə təəccüblənirdilər ki, Bakı toylarımız niyə ləğv olunur? Bir dəfə məni izlədilər, “Neftçi”nin stadionunda gördülər. Sonra Lənkəranda elə bir toy yiyəsi oldu ki, mağara kabel çəkdilər, sonra televizoru masanın altına qoydular. Yaxşı futbol gedirdi. Mən həm oxuyurdum, həm də futbola baxırdım”.

(Axşam.az)

Dİgər xəbərlər