Dəmir yolçuların əməkhaqqı 95 faiz artıb - RƏSMİ
17 dekabr 2019 11:26 (UTC +04:00)

Dəmir yolçuların əməkhaqqı 95 faiz artıb - RƏSMİ

“Bu gün dəmir yolunda orta sürət 55 km/saat üzərindədir. Yeni qatarlar alınıb və artıq onların sayı 9-a çatıb”.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, Bakıdan Lənkərana qədər olan hissədə torpaq alınması prosesi artıq başa çatıb: “Bundan əlavə, İmişli və Balakən yollarında yenilənmə işləri aparılacaq”.

C. Qurbanovun sözlərin görə, işçilərin əmək haqqında 2015-ci ildən 95 faiz artım var: “2015-ci ilə qədər dəmir yollarında orta əməkhaqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir. Ancaq bu son deyil. Dəmir yolunda yeni kadrlara üstünlük verilir, hər bir sahədə islahatlar aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1334

Oxşar yazılar