Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, bir nəfər ölüb
09 dekabr 2019 08:29 (UTC +04:00)

Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, bir nəfər ölüb

 

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Şirin Qasımov, 1988-ci il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, ailənin övladları - 7 yaşlı Nigar Qazımzadə və 5 yaşlı Elçin Qasımzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə 31 yaşlı qadın təcili tibbi yardım xidməti gələnə qədər dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 928
avatar

Oxşar yazılar