Ermənistanda intihar edən hərbçinin kimliyi məlum olub. Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hadisə Dilican təlim mərkəzində qeydə alınıb.
Noyabrın 26-da səhər saat 09:00-da 19 yaşlı əsgər Vaan Muşeqyan ağacdan asılmış vəziyyətdə aşkarlanıb.
***
13:24
Ermənistanda daha bir hərbçi intihar edib.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, adı hələ ki açıqlanmayan əsgər Tavuş vilayətinin Noemberyan şəhərindəki hərbi hissələrdən birində asılmış vəziyyətdə tapılıb.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan faktı təsdiqləyib.