<span style="color:red;">"Məni məhkəməyə verənlərin aqibətini gördünüz"  - Xatundan qalmaqallı açıqlama
14 oktyabr 2019 11:06 (UTC +04:00)

"Məni məhkəməyə verənlərin aqibətini gördünüz" - Xatundan qalmaqallı açıqlama

Müğənni Xatun Əliyeva əməkdar artist Elza Seyidcahanı bir daha parodiya etməyəcəyini bildirib.

Lent.az-ın məlumatına görə, “Səhər-səhər” verilişinə qonaq olan ifaçı bildirib ki, E.Seyidcahan onu məhkəmə ilə hədələyib:

“Elza Seyidcahan məni məhkəmə ilə hədələdi. Mən də ondan sonra parodiya etmədim. İstəmədim məhkəməyə gedim. Xanım məhkəmələrə getməz. Bizim övladlarımız var. Gedənlərin də aqibətini gördük. Məni başqa bir məsələyə görə məhkəməyə vermişdilər. O məhkəmədə hakim savadlı insan idi, iddianı rədd elədi. Qadağada olan parodiyalarım var, amma etmək istəyirəm, edə bilmirəm”.

# 1430
avatar

Yalçın UĞUR

Oxşar yazılar