Özbək muğamı Bakıda
12 sentyabr 2019 19:06 (UTC +04:00)

Özbək muğamı Bakıda

Noyabrın 22-23-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə Özbəkistanın muğam və estrada ulduzları çıxış edəcəklər.

Lent.az-ın məlumatına görə, Azərbaycanda keçirilmiş Beynəlxalq Muğam Festivalının qalibi, Əməkdar artist Yulduz Turdiyeva və estrada ulduzu, Əməkdar artist Uluqbek Raxmatullayevin iştirakı ilə “Özbəkistandan sevgilərlə” adlı konsert proqramı təşkil ediləcək.

Konsertin qonaqları qismində Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Fərqanə Qasımova, Ədalət Şükürov və Təyyar Bayramov, tanınmış meyxanaçı Tərlan Novxanı və başqaları iştirak edəcəklər.

# 1005
avatar

Oxşar yazılar