
Hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışları başa çatıb
Hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları başa çatıb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar iki mərhələdə ərazidə səmti müəyyənetmə bacarıqlarını sınayıb, idmançılar fərdi birincilik uğrunda mübarizə aparıblar.
"N" hərbi hissədə keçirilən mükafatlandırma mərasimi xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Yekun nəticələrə əsasən Bakı yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ikinci, Hərbi Hava Qüvvələrinin komandası isə üçüncü yerə çıxıblar.
Fərdi şəkildə qadın hərbi qulluqçular arasında mayor Cəmilə İrəfiyeva birinci, əsgər Pərvanə Heydərova ikinci, əsgər Nilufər Tarverdiyeva və əsgər Məryəm Ziyadxanova üçüncü yerə layiq görülüblər. Kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dair Cumartov birinci, kapitan Adıköklü Xudeynatov ikinci və çavuş Nurlan Nəzərov üçüncü yerləri qazanıblar.
Yarışın qaliblərinə fəxri fərman, kubok və medallar təqdim olunub.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48