Musiqili Teatr yeni mövsümü “O olmasın, bu olsun” ilə açacaq
14 avqust 2019 15:19 (UTC +04:00)

Musiqili Teatr yeni mövsümü “O olmasın, bu olsun” ilə açacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü sentyabrın 20-də açacaq.

Teatrdan Lent.az-a verilən məlumata görə, həmin gün xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.

Tamaşada xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

 

 

 

 

 

 

# 768
avatar

Aygün İbrahimli

Oxşar yazılar