“Xəzərin mühafizəsində birik, birlikdəyik”  - <span style="color:red;"> AKSİYA
08 avqust 2019 11:56 (UTC +04:00)

“Xəzərin mühafizəsində birik, birlikdəyik” - AKSİYA

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə sabah Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək.

Nazirlikdən Lent.az-a bildirilib ki, Xəzər günü ərəfəsində keçiriləcək və yüzlərlə insanın qatılacağı aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət  tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı, Xəzərin çirkləndirilməsinə etirazıdır”.

ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, avqustun 9-a planlaşdırılan aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə deputatlar, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri  də iştirak edəcək. Belə bir kütlləvi aksiyanin keçirilməsi Xəzər dənizinin çirklənmədən qorunmasını, çimərliklərdə təmizliyə riayət olunmasını təbliğ etməyə və tullantıların qarşısını almağa yönəlib.

Ümid edirik ki, hər kəs ətraf mühitə, çimərliklərə, Xəzərin təmizliyinə daha məsuliyyətlə yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq.

İ.İbrahimova qeyd edib ki,  2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.

# 585
avatar

Aygün İbrahimli

Oxşar yazılar