
İki ölkə parlament sədrləri Keşikçidağ kompleksi ətrafında yaranmış vəziyyəti müzakirə etdilər
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında keçirilən görüşdə Keşikçidağ monastır kompleksi ətrafında yaranmış vəziyyət müzakirə olunub.
APA-nın məlumatına görə, O. Əsədov deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır, heç kəs bu iki xalqın arasına girə bilməz.
Spiker nəzərə çatdırıb ki, yaranan problemlər strateji tərəfdaşlıq ruhunda həllini tapacaq: “Hər iki ölkənin iştirakı ilə Komissiya yaradılıb. Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın ikinci iclası iyunun sonunda Tbilisidə keçiriləcək. Əminik ki, komissiya məsələlərin lazımı səviyyədə həllini tapması üçün əlindən gələni edəcək. Əminliklə qeyd edirəm ki, heç kəs Azərbaycan və Gürcüstan xalqlarını dostluğunu poza bilməz”.
Öz növbəsində, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası qaydalar çərçivəsində həll edilməlidir: “Sözsüz ki, mövqeyimiz birdir. Komissiya yaradılıb, məsələ komissiyanın formatı çərçivəsində həll edilməlidir. Müəyyən qüvvələr var ki, bizim əlaqələrimizə xələl gətirmək istəyir. Lakin onların bu cəhdləri uğurla bitməyəcək, biz buna imkan verməyəcəyik. Komissiya sərhədin 2/3 hissəsini razılaşdırıb, digər hissəsi ilə bağlı məsələlər də dostluq prinsipləri əsasında həll ediləcək. Bizim əlaqələrimiz dostluğa, qarşılıqlı hörmətə əsaslanır. Məqsədimiz əlaqələrimizi daha da inkişaf etdirməkdir. Xalqlarımız arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”.
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07