<span style="color:red;">“Xanımımın şəklini heç vaxt paylaşmaram”  – Aparıcı Mikayıl -<span style="color:red;"> VİDEO
04 iyun 2019 10:44 (UTC +04:00)

“Xanımımın şəklini heç vaxt paylaşmaram” – Aparıcı Mikayıl - VİDEO

“Heç bir zaman sosial şəbəkədə xanımımla şəklimi paylaşmaram”. Bu sözləri Lent.az-ın canlı yayımında aparıcı Mikayıl Güləddinoğlu deyib. O, bildirib ki, şəxsi həyatının mediada işıqlandırılmasına qarşı çıxır: “Heç bir zaman xanımımla efirdə görsənməmişəm. Bir dəfə “Bu şəhərdə” məni parodiya edəndə yoldaşımla getmişdim. Orda bir dəfə çəkdilər. Birgə filmləri seyr etməyə də gedirik. Amma belə çəkiliş olan yerə yox. Heç bir zaman xanımımla şəklimi paylaşmayacağam. Bunun səbəbini də demək istəmirəm”.

 

Mikayıl daha sonra bildirib ki, şou-biznesdə olan bir qadını evində gəlin kimi görmək istəməz:

“Oğluma müğənni qız almaram. Mənim xarakterimdə o yoxdur. Təbii ki, xanımımın da bu sahəyə adiyatı yoxdur. Niyə bu sahədən qız almarıq? Niyəsini demirəm. Alan alır. Hər kəsin öz mövqeyi var. Oğlumun yoldaşı da evdə olmalı, uşaqlarına baxmalıdır. Bu sənətin iş rejiminə görə istəmərəm. Elədir ki, konserti, toyu var. O zaman ailədən uzaqlaşırsan. Bilmirsən ki, uşaq nə zaman böyüdü.

 

Gələcəkdə övladlarımın seçimlərinə qarışacam. 2 qızım, bir oğlum var. Oğlumun 2 yaşı, qızımın birinin 7, digərinin də 5 yaşı var. Qızlarım jurnalist, həkim ola bilər. Amma oğlum incəsənət sahəsində olacaq. Çünki onun aparıcı olmasını istəyirəm”.

 

Qeyd edək ki, M.Güləddinoğlunun müsahibəsinin tam hissəsinə aşağıdakı linkdə baxa bilərsiniz:

 

 

 

 

 

 

 

 

# 1088
avatar

Yalçın UĞUR

Oxşar yazılar