118
15:46
13 İyul 2018

Acun Meksikada telekanal aldı

TV 8-in rəhbəri Acun Ilıcalı biznesini daha da genişləndirib. Lent.az -ın məlumatına görə, Acun sosial şəbəkədəki səhifəsində bildirib ki, Meksikada özəl televiziya sahibi olub.

Aparıcının sahib olduğu “Acun Medya” Azteca 1 adlı kanalın idarəçiliyini 150 milyon dollara alıb.

“Salinas” media qrupu ilə müqavilə bağlayan Ilıcalı kanalı 3 il müddətində idarə edəcək.