Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinin daha bir uğuru
29 fevral 2016 09:54 (UTC +04:00)

Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinin daha bir uğuru

0

Mərkəzi Neftçilər Xəstəxanasının urologiya şöbəsində uğurlu əməliyyat aparılıb. Belə ki, çox nadir xəstəlik olan sidik kisəsinin ön səthinin əzələ və birləşdirici toxumasının törəməsi laparoskopik yol ilə xaric edilib .

 

Əməliyyatı icra edən tanınmış cərrah-uroloq Dr. Rəşad Şolan əməliyyatı şərh edərkən bunları deyib: “Xəstə bizə göbək altı nahiyədə ağrı şikayətləri ilə müraciət etmişdi. Müayinələr zamanı biz sidik kisəsinin ön səthində venoz kələfə yapışıq törəmə aşkar etdik. Xəstənin gənc olmasını (31 yaşında kişi – red.) nəzərə alaraq, laparoskopik əməliyyata qərar verildi. Əməliyyat 3 ədəd 0,5-1 sm-lik port yardımı ilə laparoskopik yol ilə icra edildi. Əməliyyat 1 saat davam etdi və uğurlu bir şəkildə sonlandırıldı; törəmə ətraf toxumalardan disseksiya edilərək bütöv halda çıxarıldı. Belə ağır xəstəlikdən sonra  əməliyyat laparoskopik üsul ilə edildiyi üçün xəstə 2 gün sonra evə göndərildi”.

 

Qeyd edək ki, Rəşad Şolan ölkəmizdə laparoskopik urologiyanın pioneri sayılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2519

Oxşar yazılar