ABŞ-ın Pensilvaniya ştatında 3 günlük körpə hər kəsi heyrətləndirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ilk dəfə ana olan Samanta Mişelin 3 günlük qızı 3 aylıq körpə kimi davranmağa başlayıb. Mişelin yeni doğulmuş körpəsi Nyilah Daise Tzabari doğuşdan cəmi üç gün sonra başını qaldırıb və sürünməyə başlayıb.
Nyilah anası ilə xəstəxana çarpayısında üz üstü uzanarkən Samanta inanılmaz anı kameraya çəkə bilib. Kadrlarda körpə anasının ətrafında fırlanır, şirin səslər çıxarır və ətrafa maraqla baxarkən başını qaldırır.
Bu vəziyyət çoxumuz üçün qeyri-adi olsa da, həkimlər bunun çox qarışıq vəziyyət olduğunu bildirirlər. Dr. Karan Rac hadisəni “Sadə dillə desək, bu körpə acdır və süd axtarır” kimi izah edib.