Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyindən məlumat verilib. Qəbulda məqsəd müraciətlərə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsidir.
Tovuzda baş tutacaq qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayan vətəndaşlar iştirak edəcəklər.