Türkiyə və Rusiya üstünlük təşkil edir
02 aprel 2013 10:36 (UTC +04:00)

Türkiyə və Rusiya üstünlük təşkil edir

Ötən il tələbələrimizin dövlət xətti ilə Türkiyə, Rusiya, Çin, Koreya, Misir, Çexiya və Slovakiya Respublikasında təhsil almağa göndərilməsi davam etdirilib. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib. Göndərilən tələbələrin sayına görə  Türkiyə və Rusiya üstünlük təşkil edir.

 

2012 - 2013-cü tədris ilində Rusiyanın Azərbaycan vətəndaşları üçün ayırdığı təqaüdlər hesabına bu ölkənin ali məktəblərində müxtəlif pillələr üzrə təhsil almağa daha 21 nəfər azərbaycanlı  qəbul olunub. Hazırda 242 azərbaycanlı Rusiya ali məktəblərində  dövlət xətti ilə təhsil alır.

Tələbələrimizin Çin Xalq Respublikasının (ÇXR) ali məktəblərində təhsil alması

ÇXR Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasından imzalanmış Saziş çərçivəsində həyata keçirilir. ÇXR universitetlərində 2012 - 2013-cü tədris ilində Təhsil Nazirliyinin xətti ilə 23 bakalavr, 3 magistratura pilləsində olmaqla 26 nəfər təhsil alır. Hazırda Koreyada isə 1 nəfər Azərbaycanlı gənc dövlət xətti ilə təhsini davam etdirir. Beləliklə, müxtəlif ölkələrin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali məktəblərinin bakalavr, mütəxəssis, magistr, doktorantura və aspirantura  səviyyələrində təhsil almaq üçün 719 nəfər Azərbaycan Respublikası vətəndaşı göndərilib.

Hazırda öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində isə 5000-dən artıq

tələbə respublikamızdan kənarda təhsilini davam etdirir.

# 882

Oxşar yazılar