Temperatur 2-3 dərəcə yüksələcək
19 dekabr 2012 00:10 (UTC +04:00)

Temperatur 2-3 dərəcə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub  küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2, gündüz 4-8 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə  şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Dekabrın 19-dan  21-dək  ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.

# 730
avatar

Oxşar yazılar