Nəsimi və Yasamal rayonlarına içməli su verilməsi dayandırılıb
18 dekabr 2012 11:53 (UTC +04:00)

Nəsimi və Yasamal rayonlarına içməli su verilməsi dayandırılıb

Yeni çəkilmiş 300 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır

 

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə  Bakı şəhəri  Ş. Əzizbəyov küçəsində yeni çəkilmiş 300 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar bu gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Füzuli, Ş. Əzizbəyov, A. Qurbanov, M. İbrahimov  küçələrinə içməli su  fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.  

 

# 1188
avatar

Oxşar yazılar