
Məşğulluq altsistemi sınaq rejimində fəaliyyətə başlayacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq. Lent.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ilk dövrdə vətəndaşların müraciəti paralel olaraq qəbul ediləcək. Yəni, vətəndaşlar həm Məşğulluq altsistemi üzərindən, həm də yerli məşğulluq mərkəzlərinə əyani şəkildə müraciətlərini edə biləcəklər.
Sınaq müddəti 2 ay davam edəcək. Cari ilin iyun ayından etibarən sistemin tam olaraq istifadəyə verilməsi planlaşdırılır.
Məşğulluq altsistemi dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara daha əlçatan olması üçün yaradılıb. Altsistem vakansiyalar, habelə işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olmaqla, məşğulluq xidmətləri barədə məlumatlara real vaxt rejimində çıxış və onlardan istifadə imkanı yaradır.
Oxşar yazılar

Qaynanalar hansı BÜRCLƏRİN kişilərini bəyənirlər?
17 aprel 2025 , 00:02
Ölkə ərazisində yağışlı və küləkli hava davam edir
16 aprel 2025 , 21:57
Kərə yağının təbiiliyini yoxlamaq üçün BEŞ ÜSUL
16 aprel 2025 , 20:15
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
16 aprel 2025 , 19:01
Hər şeydən dram yaradan BÜRCLƏR
16 aprel 2025 , 18:31
Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO - YENİLƏNİB
16 aprel 2025 , 18:20
Son 59 ildə ilk dəfə bu həddə yağış yağıb - RƏSMİ AÇIQLAMA
16 aprel 2025 , 17:15